Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş çəkisi 1/10 troy unsiyası və nominal dəyəri 10 AZN təşkil edən qızıl, həmçinin çəkisi 20 qram və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş çəkisi 1/10 troy unsiyası və nominal dəyəri 10 AZN təşkil edən qızıl, həmçinin çəkisi 20 qram və nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb. Matc.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmi saytında məlumat dərc olunub.
 
Xatirə pul nişanlarının ön tərəfində Qətərdə keçiriləcək dünya çempionatının loqosu və "FIFA World Cup Qatar 2022" sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri, "Azərbaycan Respublikası" sözləri və pul nişanının nominalı və texniki parametrləri təsvir olunub.
 
Xatirə pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest