Rusiyanın nüfuzlu “Sport-ekspress” qəzetində dərc olunan yazıda qeyd edilir ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi “Ferentsvaroş”un “Qarabağ”a məğlubiyyəti bu mütəxəssisin fiaskosu yox, sadəcə, yaradıcı uğursuzluğudur. Matc.az xəbər verir ki, sərhçi İqor Rabiner Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Budapeşt təmsilçisinin “Qarabağ”a uduzaraq (1:3, 1:1) mübarizəni dayandırması barədə yazarkən Ağdam klubu barədə müsbət fikirlər yazıb.
 
“Çerçesovu və onun məşqçi korpusunu tanıdığımdan deyə bilərəm ki, onlar bu məğlubiyyətdən nəticə çıxaracaqlar.  Qulaq asın, “Qarabağ” birinci raundda Polşa çempionu “Lex”i 5:1 hesabı ilə məhv edib. İkinci mərhələdə isə nə az, nə çox, İsveçrə çempionu “Sürix”i üstələyib (3:2, 2:2). Nəzərə almaq lazımdır ki, İsveçrə çempionu davamlı olaraq avrokubokların qrupunda oynayır. Ötən mövsüm isə onlar ikinci yeri tutan “Bazel”i 14 xal qabaqlayaraq çempion olublar.
 
Elə isə nəyə görə Avropanın TOP futbol ölkəsi olmayan “Ferentsvaroş” “Qarabağ”a keçməli idi? Ona görə ki, Macarıstan Azərbaycandan daha avropalı səslənir? Bu, arqument deyil. 
 
Hə, “Transfermarkt”ın məlumatlarına əsasən, komandaların ümumi büdcəsindəki fərq kifayət qədər böyükdür. “Qarabağ”ın 14, “Ferentsvaroş”un 36 milyon avro büdcəsi var. Yəni arada iki dəfə yarım fərq mövcuddur. “Sürix”də isə bu göstərici 43 milyon, “Lex”də 32 milyondur. Yəni bu klubların da büdcəsi “Qarabağ”dan çoxdur. Amma  Qurban Qurbanovun komandası onları da keçib.
 
Ona görə də ilk növbədə onu tərifləmək, hörmət etmək lazımdır, digər üç komandanı növbəylə rüsvay etmək yox.  UEFA-nın əmsallar cədvəlində isə Azərbaycan və Macarıstan yanaşıdır: 26 və 27-ci yerləri tuturlar. İsveçrə isə 14-cü yerdə qərarlaşıb. Deməli, “Sürix”in məğlubiyyətini böyük uğursuzluq kimi qiymətləndirmk daha yerinə düşər”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest