"Neftçi" Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan Vyana "Rapid"i (Avstriya) ilə cavab matçının hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, avqustun 7-də Şamaxı şəhər stadionunda baş tutan Misli Premyer Liqasının 1-ci tur oyununun ertəsi günü "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşq edən komanda bu gün də eyni məkanda hazırlıq keçib.
 
Məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib. Komandanın yeni transferi Vato Arveladze də məşqlərdə iştirak edir. Lakin o, "Rapid"lə oyunlar üçün sifariş olunmadığından, cavab matçında iştirak edə bilməyəcək.
 
Xatırladaq ki, avqustun 11-də "Alyans" stadionunda keçiriləcək "Rapid" - "Neftçi" matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest