Futbol üzrə UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın da növbəti rəqibi bəlli olub.
 
çL-in 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyən Ağdam klubu növbəti raundda "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. Püşkə əsasən, "Qarabağ" ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə 9-10 avqustda səfərdə keçirəcək.
 
"Qarabağ" çL-də 3-cü mərhələyə yüksəlməklə Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib. Ağdam klubu "Ferentsvaroş" səddini keçə bilməsə, Avropa Liqasının pley-offunda mübarizə aparacaq. Komandamız oradakı rəqibinə də uduzacağı halda, mübarizəni Avropa Konfrans Liqasının qrup mərhələsində davam etdirəcək.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunun da növbəti mərhələdəki rəqibi müəyyənləşib. Xorvatiya çempionu bu mərhələdə Bolqarıstana səfər edəcək. İkinci raundda "Şkupi"ni (Şimali Makedoniya) mübarizədən kənarlaşdıran Zaqreb təmsilçisi növbəti mərhələdə "Ludoqorets"lə qarşılaşacaq. "Dinamo" ilk görüşü səfərdə keçirəcək.
 
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi
 
çempionlar yolu
 
Makkabi (Hayfa, İsrail) - Apollon (Limassol, Kipr)
 
Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan)
 
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
 
Şerif (Moldova) - Viktoriya (Plzen, çexiya)
 
Bodo Qlimt (Norveç) - Jalgiris (Litva)
 
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)
 
Liqa yolu
 
Monako (Fransa) – PSV (Niderland)
 
Dinamo (Kiyev, Ukrayna) - Şturm Qrats (Avstriya)
 
Yunion (Belçika) – Reyncers (Şotlandiya)
 
Benfika (Portuqaliya) – Midtyulland (Danimarka)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest