Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş çempionatında (UFC) növbəti görüşünə çıxıb. Matc.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.
 
Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.
 
Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm" söyləyib.
 
Xatırlafaq ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest