Bu həftə Topaz Premyer Liqasının XVII turunun qarşılaşmaları baş tutacaq. Matc.az-ın "Zirə"nin feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda mövsümün ikinci yarısında öz meydanında 2-ci dəfə azarkeşləri önünə çıxacaq.

Bakılılar çempionatın lideri "Neftçi" ilə üz-üzə gələcək. Bu, komandaların Premyer Liqa çərçivəsində 15-ci dueli olacaq.

"Zirə" indiyədək 14 dəfə "Neftçi" ilə qarşılaşıb. Bu oyunlarda qəsəbə təmsilçisinin böyük üstünlüyü var. 8 dəfə qalib gələn komanda 4 heç-heçə edib və yalnız 2 matçda uduzub. Texniki nəticəni nəzərə almasaq, rəqib qapısından 18 top keçirən zirəlilər 11 qol buraxıb. "Zirə"nin qollarına 12 oyunçu imza atıb. Bir dəfə isə rəqib avtoqol müəllifi olub. "Zirə"nin heyətində Luis Alberto Diez daha çox – 3 qol vurub. Nelson Bonilya, Riçard Qadze və Vüsal İsgəndərli hərəyə 2 dəfə fərqlənib.

"Zirə" 8-ci dəfə "Neftçi" ilə oyuna ev sahibliyi edəcək. Komandanın meydanındakı qarşılaşmalarda heç-heçə qeydə alınmayıb. 5 qələbəsi olan "Zirə" 2 dəfə meydandan xalsız ayrılıb. Bu matçlarda 9 qol vuran komanda 5 top buraxıb.

 

2015/16 mövsümü

03.10.2015. Zirə - Neftçi - 2:0

İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Neftçi - Zirə - 1:1

Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Zirə - Neftçi - 3:0

Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Neftçi - Zirə - 0:0

 

2016/17 mövsümü

14.08.2016. Neftçi - Zirə - 0:1

Vüqar Mustafayev, 43

16.10.2016. Zirə - Neftçi - 2:0

Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Neftçi - Zirə - 1:2

Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Zirə - Neftçi - +:-

 

2017/18 mövsümü

16.09.2017. Neftçi - Zirə - 1:2

Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Zirə - Neftçi - 1:0

Riçard Qadze, 30

24.02.2018. Neftçi - Zirə - 1:1

İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Zirə - Neftçi - 0:3

Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

 

2018/19 mövsümü

22.09.2017. Zirə - Neftçi - 1:2

Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52

10.11.2018. Neftçi – Zirə – 2:2

Baqali Dabo, 36; Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 76; Vüsal İsgəndərli, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest