Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında ən yaxşı seçilib.

Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında ən yaxşı seçilib. Matc.az xəbər verir ki, yığmamızın qapıçısı Davud Kərimi və hücumçusu Bəxtiyar Soltanov fərqlənənlər sırasına düşməyi bacarıb.
 
Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib. Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.
 
Finalda Rumıniyaya 1:0 hesabıyla qalib gələn Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest