"Bu cür oyundan sonra şərh vermək çox çətindi. Görüşdən əvvəl də çətinliklərlə üzləşdik. Bəzi yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən".

"Bu cür oyundan sonra şərh vermək çox çətindi. Görüşdən əvvəl də çətinliklərlə üzləşdik". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Komanda Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində səfərdə "Səbail" üzərində 2:0 hesablı qələbə qazanaraq sonuncu pillədən qurtulub.

Oyunsonrası mətbuat konfransında Abbasovun qələbə şərhi belə olub: "Bəzi yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən".

- Qalib gəlsəniz də, rəqib çoxlu sayda qol epizodu yaratdı...

- İlk hissədə hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan istifadə etməyə başladı. Yararlana bilsəydilər, bəlkə də, "Səbail" böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. özünüz də gördünüz ki, gənc futbolçumuz təşvişə düşmüşdü. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər.

- "Zirə" niyə hər dəfə yalnız bir hissə yaxşı oynayır?

- Rotasiyalarla bağlıdı. Hətta köməkçilərdən birini tribunaya göndərdik ki, meydanı daha yaxşı görsün.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest