"Everton"un hücumçusu Rişarlison çox güman ki, mövsümün sonunda klubunu dəyişəcək. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçuya bu dəfə "çelsi" "elçi düşüb".

Londonlular bu keçidin reallaşması üçün qarşı tərəfə müraciət edib. "Zadəganlar" rəqiblərini qabaqlamaq və transferi indidən reallaşdırmaqda maraqlıdı. 21 yaşlı oyunçusunu saxlaya bilməyəcəyini başa düşən liverpullular onun gedişi ilə artıq barışıblar. Lakin "Everton" Rişarlisonun transfer qiymətini 80 milyon funt-sterlinq dəyərində müəyyənləşdirib.

Qeyd edək ki, Rişarlisonu "Atletiko" və "Milan" da transfer etmək istəyir. O, bu mövsüm 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest