Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, 19-cu turun görüşləri aprelin 18-də baş tutacaq.
 
Günün ilk qarşılaşması saat 15:00-da "Sərhədçi" və "Murov" komandaları arasında olacaq. Bu matçdan 2 saat sonra "Neftçi" - "Ekspress" oyununa start veriləcək.
 
Hər iki matç "Murov" Voleybol Klubunun idman zalın təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest