Kişilərdən ibarət paracüdo üzrə Azərbaycan millisində yeni məşqçi təyinatları gerçəkləşib. Matc.az xəbər verir ki, Azad Zahidov və Emin Beydullayev baş məşqçi İbrahim İbrahimovun köməkçiləri olub.
 
Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 
Qərar 2024-cü il Paris Yay Paralimpiya Oyunlarına səmərəli hazırlıq məqsədilə qəbul edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest