Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə verib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Paralimpiyaçılar yarışda IPC-nin bayrağı altında çıxış edəcəklər. Onların nəticələri medal sıralamasında nəzərə alınmayacaq.
 
Beynəlxalq Paralimpiya Komitəsi yaxın zamanda Rusiya və Belarus Milli Paralimpiya Komitələrinin mümkün diskvalifikasiyası ilə bağlı təcili iclas keçirəcək. Bu iki ölkədə növbəti bildirişədək heç bir beynəlxalq yarış keçirilməyəcək.
 
Pekin paralimpiadası 4-13 martda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest