Martın 5-də çexiyanın paytaxtı Praqada start götürəcək "Açıq Avropa" turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcək. Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
İki gün davam edəcək yarışda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 6 idmançı mübarizə aparacaq. Turnirə Aydan Vəliyeva, Aişə Qurbanlı (hər ikisi 48), Səbinə Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) qatılacaq.
 
"Açıq Avropa" turnirində 46 ölkədən 589 (360 kişi, 229 qadın) idmançı mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest