Rusiya və Belarusun buzüstü hokkey üzrə milli komandaları qeyri-müəyyən müddətədək beynəlxalq yarışlardan kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurası təcili iclasında qərar qəbul edib.
 
Rusiya və Belarusun kişilərdən ibarət yığmaları bu il Finlandiyada keçiriləcək dünya çempionatında, yeniyetmələr və gənclər arasında, eləcə də qadınlar arasında mundilda çıxış etməyəcəklər.
 
Bundan başqa Rusiya 2022-c ilin dekabrı – 2023-cü ilin yanvarında Novosibirsk və Omskda keçirməli olduğu gənclər arasında dünya çempionatından məhrum edilib. IIHF yaxın aylarda yeni ev sahibi ölkə tapmaq üçün danışıqlara başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest