Ukraynanın tanınmış cüdoçusu Georgi Zantaraya Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıb. Matc.az xəbər verir ki, 35 yaşlı idmançı bu barədə "instaqram" hesabında paylaşım edib.
 
O, Ukraynanın bayrağı və gerbinin fonunda avtomatı göstərərək, hazırda Kiyevdə olduğunu, sonadək mübarizə aparacağını bildirib.
 
Zantaraya 2011 və 2017-ci il Avropa çempionatlarının və 2009-cu il dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest