Qılıncoynatma üzrə kişilərdən ibarət Ukrayna millisi Misirin paytaxtı Qahirədəki dünya kubokunda texniki məğlubiyyət alıb. Matc.az "sport.ua" saytına istinadən xəbər verir ki, buna Ukrayna millisinin Rusiya ilə 1/8 final görüşünə çıxmaması səbəb olub.
 
Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.
 
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest