Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, VIII tur çərçivəsində keçirilən matçlarda "Sərhədçi" "Neftçi" ilə, MOİK "Ekspress"lə qarşılaşıb. 
 
"Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutan hər iki matçda 3:0 hesabı qeydə alınıb.
 
"Sərhədçi" - "Neftçi" 0:3 (19:25, 11:25, 23:25)
MOİK - "Ekspress" 3:0 (25:12, 25:21, 25:19)
 
8 turdan sonra "Neftçi"nin 16, MOİK-in 15, "Murov"un 14, "Ekspress"in isə 3 xalı olduğu halda,"Sərhədçi" xalsızdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest