Bu gün Topaz Premyer Liqasında XV tura yekun vurulub. Matc.az saytının məlumatına görə, iki görüş keçirilib.

Turun ikinci günü Qəbələdə başlayıb. Paytaxtdan kənarda keçirilən yeganə oyunda eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkib.

Turnir cədvəlindəki qonşuların oyununun taleyini 1 qol həll edib. Stiven Monrozun matçın son dəqiqələrində vurduğu top meydan sahiblərinə 3 xal qazandırıb.

Tura Azərbaycan derbisi ilə yekun vurulub. Təkcə turun deyil, III dövrənin mərkəzi oyununda "Qarabağ" "Neftçi"ni qəbul edib. çempionatın liderləri, həmçinin ölkənin iki ən titullu klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Matç erkən qolla başlayıb. Dani Kintana 6-cı dəqiqədə meydan sahiblərini irəli çıxarıb. İlk yarı başa çatmamış bakılılar hesabda tarazlıq yaradıb. Mamadu Mbodj son çempionun qapısına yol tapıb.

Anton Krivotsyukun qırmızı vərəqə almasından sonra "Neftçi" oyunu azlıqda başa vurub. Lakin çempionatın lideri son çempionun hücumları qarşısında azlıqda da tab gətirə bilib. Matçın sonlarında isə Qara Qarayev də meydandan qovulub.

Qeyd edək ki, növbəti – XVI turun oyunları fevralın 9-10-da keçiriləcək.

 

Topaz Premyer Liqası
XV tur
3  fevral

"Qarabağ" – "Neftçi" – 1:1
Dani Kintana, 6 - Mamadu Mbodj, 30
Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov

"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Qerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov

"Neftçi": 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 6. Qoran Paratski, 36. Mamadu Kane, 77. Elvin Sərkərov, 33. Turan Vəlizadə, 32. Mirkamil Əliyev, 70. Əli Şirinov
Baş məşqçi:  Roberto Bordin


"Qəbələ" – "Sumqayıt" - 1:0
Stiven Monroz, 84
Qəbələ şəhər stadionu. Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu

"Qəbələ": 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkovi, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov
Baş məşqçi: Sənan Qurbanov

"Sumqayıt": 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 17. Nicat Qurbanov, 11. Atilla Yıldırım, 50. Peyman Keşavari, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 70. ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov

 

1

Neftçi

15

10

4

1

27-11

34

2

Qarabağ

15

9

4

2

33-15

31

3

Səbail

15

7

3

5

19-14

24

4

Sabah

15

6

2

7

14-20

20

5

Qəbələ

15

5

5

5

18-18

20

6

Sumqayıt

15

4

3

8

13-21

15

7

Keşlə

15

3

3

9

16-27

12

8

Zirə

15

2

4

9

12-27

10


Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") - 7 qol

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest