Çempionlar Liqasında 101, Kuboklar kubokunda 15, UEFA kuboku və Avropa Liqasında 21, Yarmarkalar kubokunda 12 dəfə qalib gələn rəqib yalnız Superkubokda qələbə görməyib. Avrokuboklarda 1963/64 mövsümündə debüt edən "Arsenal" 66 heç-heçə edib və 79 dəfə uduzub.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin II turundakı rəqibi "Arsenal" (İngiltərə) avrokuboklarda 150-ci qələbə və 80-ci məğlubiyyətin bir addımlığındadı. Matç.az saytı xəbər verir ki, London təmsilçisi Bakıdakı matça da ikinci "yüzlüy"ü yarılamaq arzusu ilə gəlib.

Hazırda "topçular"ın hesabında 149 qələbə var. Londonlular buna 294 oyunda nail olub.

çempionlar Liqasında 101, Kuboklar kubokunda 15, UEFA kuboku və Avropa Liqasında 21, Yarmarkalar kubokunda 12 dəfə qalib gələn rəqib yalnız Superkubokda qələbə görməyib.

Avrokuboklarda 1963/64 mövsümündə debüt edən "Arsenal" 66 heç-heçə edib və 79 dəfə uduzub.

"Qarabağ" sensasiyaya imza atıb, qalib gəlsə, ingiltərəlilər 80-ci dəfə yenilgi acısı yaşayacaq. İndiyədək 503 qol vurub və 302-nu buraxan "topçular" çempionlar Liqasında 57, Kuboklar Kubokunda 2, Avropa Liqası və UEFA kubokunda 12, Yarmarkalar kubokunda 7, Superkubokda 1 dəfə uduzub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest