Bu gün kişi voleybolçular arasında Azərbaycan I liqasında I dövrəyə yekun vurulub. Matc.az xəbər verir ki, "Murov" klubunun idman zalında təşkil olunan V tura A qrupunun oyunları ilə start verilib. 
 
İlk matç "Murov-2" - "Əlincə" komandaları arasında olub. Görüş gənclərdən qurulan birincilərin 3:0 (25:15, 25:20, 25:21) hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər qarşılaşmasına "Taleh-A.T" "Təhsil" ilə görüşüb. Oyun ikincilərin üstünlüyü ilə başlayıb və onlar bu üstünlüyü matçın sonuna kimi qoruyublar. A qrupuna liderlik edən "Təhsil" dördüncü görüşünü də 3:0 (23:25, 12:25, 18:25) hesabı ilə qalib gəlib. 
 
Turun üçüncü qarşılaşmasında "Aura" "Masallı" ilə üz-üzə gəlib. Bu matçda da 3:0 (25:8, 25:12, 25:10) hesabı qeydə alınıb. B qrupunda çıxış edən "Masallı" komandası 3 xalı 3 setlə əldə edib. 
 
Günün və dövrənin son matçı "Veteranlar" və "Azərbaycan Ali Hərbi Məktəbi" arasında keçirilib. Bu görüşün qalibi digərlərindən fərqli, tay-brekdə müəyyənləşib. "Azərbaycan Ali Hərbi Məktəbi" rəqibini 3:2 (25:23, 25:20, 16:25, 24:26, 15:10) hesabı ilə məğlub edib. 
 
I Liqa
V tur
13 fevral
 
A qrupu
11:00. "Murov-2" – "Əlincə" - 3:0  (25:15, 25:20, 25:21)
12:30. "Taleh-A.T" – "Təhsil" - 0:3 (23:25, 12:25, 18:25)
Turnir cədvəli: "Təhsil" – 12 xal, "Murov-2" – 9, "Əlincə" – 4 "Taleh-A.T"- 3, "Həvəskarlar" – 2
 
B qrupu
14:00. "Aura" – "Masallı" - 0:3 (8:25, 12:25, 10:25)
15:30. "Veteranlar" – "Azərbaycan Ali Hərbi Məktəbi" - 2:3 (23:25, 20:25, 25:16, 26:24, 10:15)
 
Turnir cədvəli: "Masallı" – 11 xal, "Azərbaycan Ali Hərbi Məktəbi" – 8, "Ryuqa" –7, "Veteranlar" – 4, "Aura" – 0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest