Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turdan təxirə salınan "Sərhədçi" – "Murov" oyunu keçirilib. Matc.az xəbər verir ki, "Murov" Voleybol Klubunun idman zalında baş tutan qarşılaşma Fərid Cəlalovun komandasının üstünlüyü ilə başlayıb.
 
İlk hissədə 25:20 hesabı ilə qalib gələn "Murov" sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:12. 
 
Beləliklə, "Murov" 3:0 (25:20, 25:18, 25:12) hesablı qələbədən sonra xallarının sayını 6 - ya çatdırıb. "Sərhədçi" komandasının isə hələ də xalı yoxdur. "Neftçi" komandasının  6, MOİK və "Ekspress" komandalarının isə hərəyə 3 xalı var. 
 
Xatırladaq ki, fevralın 12-də isə V turun matçları keçiriləcək. Günə saat 15:00 –da "Neftçi" - "Sərhədçi" qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da MOİK – "Ekspress" matçı başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest