Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunda keçiriləcək "Qarabağ" – "Zirə" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
 
Satış məntəqəsi: "Azersun Arena".
 
"Qarabağ"ın mətbuat xidmətinin yaydığı məlumatda o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Bu gün baş tutacaq "Qarabağ" – "Zirə" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest