Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət Azərbaycan seçməsi isə A qrupuna düşüb. Üç komandalı qrupdakı digər 2 kollektiv Finlandiya və Macarıstandır.

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, yığma Ukrayna, Rumıniya və Macarıstanla birlikdə C qrupunda mübarizə aparacaq.
 
Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət Azərbaycan seçməsi isə A qrupuna düşüb. üç komandalı qrupdakı digər 2 kollektiv Finlandiya və Macarıstandır.
 
Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest