Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək "Qarabağ" – "Sabah" qarşılaşmasının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 15 manat təşkil edir.
 
Bu gün keçiriləcək "Qarabağ" – "Sabah" matçı saat 18:15-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest