Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 16:00-dək işləyəcək.
 
"Neftçi" – "Sumqayıt" matçı dekabrın 5-də "Bakcell Arena"da keçiriləcək və saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest