Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq. Matc.az xəbər verir ki, turun son matçı Qəbələdə baş tutacaq. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
 
Bu, "qırmızı-qaralar"ın "Sumqayıt"la 38-ci dueli olacaq. İndiyədək iki komanda arasında 37 qarşılaşma keçirilib. Əvvəlki oyunlarda "Qəbələ" böyük üstünlüyə malikdir. Aktivində 21 qələbə olan komanda 11 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 57-27. "Qırmızı-qaralar"ın heyətində "Sumqayıt"la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir. 
 
Premyer Liqa çərçivəsində baş tutan 36 görüşdə 20 dəfə üç xal qazanan "Qəbələ" 11 sülhə nail olub. "Sumqayıt" isə 5 dəfə qalib gəlib. çempionatdakı top fərqi 56-27-dir.
 
öz meydanında 19-cu dəfə "Sumqayıt"ı sınağa çəkəcək "Qəbələ" evdə 13 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. öz meydanında 33 top vuran "Qəbələ" 10 qol buraxıb.
 
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest