Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Neftçi" – "Sabah" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Kassalar sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 18:15-dək işləyəcək.
 
Noyabrın 20-də "Bakcell Arena"da keçiriləcək bu qarşılaşmaya saat 18:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest