Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır. Matc.az xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü - oktyabrın 30-da satışda olacaq.
 
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qiymətlər müvafiq olaraq 2, 3, 5 və 15 manat təşkil edir. Biletləri "Azersun Arena"dan və "Park Bulvar"ın 2-ci mərtəbəsində yerləşən "Qarabağ" klubunun fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçına saat 18:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest