Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Sabah" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Murad Xaçayev "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun mətbuat konfransı zamanı "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub.
 
"Keşlə" - "Qəbələ" oyununda "Qəbələ"nin futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
"Səbail" – "Qarabağ" oyununda "Səbail"in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest