Türkiyənin Super Liqa klublarından “Kasımpaşa”nın yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, “Kasımpaşa”nı bundan sonra Hakan Kutlu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Hakan Kutlu cari mövsümdə “Kasımpaşa”nın üçüncü baş məşqçisi olacaq. Ondan əvvəl İstanbul klubu Şenol Can və Cihat Arslanla yollarını ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest