Avstraliyanın "Adelayd Yunayted" klubunun futbolçusu Coş Kavallo maraqlı etiraf edib. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçi, "tvitter" hesabında homoseksual olduğunu deyib:
 
"Homoseksual olduğumu biləndə insanların mənim haqqımda fərqli düşünəcəyini fikirləşirdim. Mənimlə fərqli davranmağa, məni ələ salmağa, haqqımda pis sözlər deməyə başlayacaqlarını düşünürdüm. Amma bu, belə olmadı. İnsan hər zaman hörmətə layiqdir.
 
Homoseksual olub, bunu bildirməyən futbolçular var. Futbol hər kəs üçündür".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest