Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Matc.az PFL-ə istinadən xəbər verir ki "Qarabağ"ın hücumçusunun yubileyi 8-ci turun "Səbail"lə səfər matçına (1:3) təsadüf edib. Onun ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib.
 
Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib. "Qarabağ"da 22 oyuna 2 qol vuran forvard "Sabah"da 28 matçda 6 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest