Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan "Sumqayıt"a qarşı oyun (3:0) "Sabah"ın hücumçusu Tiemoko Fofana və yarımmüdafiəçi Ceyhun Nuriyev üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, matçda ilk və sonuncu qollara imza atan Fofana "Sabah"ın heyətində ilk dublunu rəsmiləşdirib.
 
Fil Dişi Sahilindən olan hücumçu komandanın heyətində Premyer Liqada 20-ci oyununda 4-cü qolunu vurub.
 
Ceyhun isə yüksək liqada qol hesabını açıb. 20 yaşlı yarımmüdafiəçi ümumilikdə "Sabah"ın heyətində 6 oyun keçirib. Nuriyev cari mövsümdə əsas komandanın heyətində meydana çıxdığı ilk oyunda fərqlənməyə nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest