"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çətin səfər oyunu olacağını bilirdik. Süni ot örtüyündə oynamağa öyrəşməmişik. Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxacağıq.
 
ülvi İsgəndərlinin oyunundan razı qaldım. Onun işə yanaşmasından razıyıq. Bu gün meydanda ən yaxşısını etməyə çalışır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest