Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Birinci dövrədə uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" ikinci dövrənin ilk turunda "Keşlə"nin qonağı olub. Son iki matçından qalib ayrılan paytaxt təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə, əyalət komandası isə qələbə həsrətinə son qoymağa çalışıb. Beş qolun qeydə alındığı matç "Qəbələ"nin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə "Sabah" "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək "Səbail" – "Qarabağ" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
8-ci tur
24 oktyabr

"Keşlə" – "Qəbələ" 2:3
Qol: A.Neto, 38. A.Yunanov, 90+7 – R.Renato, 23. A.Məmmədov, 30. İ.Alimi, 59.
Qırmızı vərəqə: S.Vukçeviç, 69.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu.
"ASK Arena", 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 77. Merab Giqauri, 72. Aldair Neto, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Sənan Qurbanov.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov, 88. Gülağa Əsədov.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest