Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ikinci dövrənin ilk turunun ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Sabah” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Bir neçə gün əvvəl baş məşqçi Ramin Quliyevlə yollarını ayıran “Sabah”ı bu matça İqor Ponomaryov çıxarıb. “Sabah” bu mövsüm çempionatda qələbə qazana bilməmişdi və 1 xalla sonuncu sırada qərarlaşmışdı. Amma sözügedən komanda nəhayət bu oyunda ilk qələbəsini rəsmiləşdirməyə nail olub.

Günün digər matçı son çempion “Neftçi” ilə “Zirə” arasında baş tutub. Bu oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası
8-ci tur
23 oktyabr

“Sabah” – “Sumqayıt” 3:0
Qol: T.Fofana, 60; 83. C.Nuriyev, 79.
Qırmızı vərəqə: M.Xaçayev, 11.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov.
Masazır. “Bank Respublika Arena”, 16:00.

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 7. Petar Skuletiç, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə.
Məşqçi: İlkin Hüseynov.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi” – “Zirə” 2:1
Qol: S.M.Kolli, 39. M.Abbasov, 84 – A.Ramazanov, 6.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”, 18:15.

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Suares, 4. Huqo Basto, 14. Romen Bask, 91. Ramon Maçado, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest