"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Baxşıyev, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Belə çətin oyun gözləyirdik. "Sumqayıt"la oyunlarımız dinamik keçir. Komandanı çətin oyuna hazırlayırdıq. Matçın daha ağır olacağını bilirdik. Komandada eyforiya yox idi. İstədiyimizi meydançada yerinə yetirməyə çalışdıq. Layiqli 1 xal qazandıq.
 
- Qapıçıdan narazı olduğunuz hiss olunurdu...
- Kənardan belə görünə bilər. Futbol emosiyalar oyunudur. Hər şey qaydasında idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest