Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
 
"Ufa" 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest