 
 
	Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
	"Ayntraxt" – "Köln" matçında qalib müəyyənləşməyib. "Bayer" "Maynts"ı, "Union Berlin" "Arminiya"nı, "Hoffenhaym" isə "Volfsburq"u məğlub yola salıb. "Leyptsiq" "Herta" ilə ev oyununda 6 cavabsız qola sevinib.
	Turun mərkəzi görüşündə Dortmund "Borussiya"sı ilə Mönhenqladbax "Borussiya"sı üz-üzə gəlib. Dortmundlular bu səfər matçında minimal hesabla məğlub olublar.
	Almaniya Bundesliqası
	6-cı tur
	24 sentyabr
	Qroyter – Bayern 1:3
	Qol: İtten, 88 – Müller, 10. Kimmix, 31. Qrisbek, 68-öz qapısına.
	25 sentyabr
	Ayntraxt – Köln 1:1
	Qol: Borre, 45+5 – Skhiri, 14.
	Bayer – Maynts 1:0
	Qol: Virts, 62.
	Leyptsiq – Herta 6:0
	Qol: Nkunku, 16; 70. Poulsen, 23. Mukiele, 45+3. Forsberq, 60-pen. Haydara, 77.
	Union Berlin – Arminiya 1:0
	Qol: Behrens, 88.
	Hoffenhaym – Volfsburq 3:1
	Qol: Kramariç, 45+2. Baumqartner, 74. Kaderabek, 81 – Baku, 25.
	Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
	Qol: Zakariya, 37.
	26 sentyabr
	17:30. Bohum – Ştutqart
	19:30. Frayburq – Auqsburq
				
         	
                                             
               
 
             
 















