"Hər iki komanda meydanda əlindən gələni etdi ki, maraqlı oyun alınsın. Yaxşı mübarizə getdi. Birinci hissəni yüksək səviyyədə keçirdik. Sadəcə, son dəqiqələrdə standart vəziyyətdən buraxdığımız qol, təbii ki, rəqibə motivasiya oldu, bizə isə tam əksinə"

"Səbail" – "Zirə" oyunundan sonra ənənəvi mətbuat konfransı keçirildi. Matc.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov əvvəlcə oyun haqda danışdı:

- Hər iki komanda meydanda əlindən gələni etdi ki, maraqlı oyun alınsın. Yaxşı mübarizə getdi. Birinci hissəni yüksək səviyyədə keçirdik. Sadəcə, son dəqiqələrdə standart vəziyyətdən buraxdığımız qol, təbii ki, rəqibə  motivasiya oldu, bizə isə tam əksinə. İkinci hissənin əvvəlində də bu hiss olunurdu. Rəqib vurduğu qoldan ilhamlanıb irəli atıldı. 5-10 dəqiqə çətin anlar yaşadıq. Ondan sonra oyunu bərabərləşdirdik. Nəzarəti əlimizə aldıq. Amma yaranan boşluqlardan lazımi qədər istifadə edə bilmədik. Bunlar vaxt keçdikcə düzələn şeylərdi. Vacib qələbə qazandıq. "Səbail" səfəri hər komanda üçün çətin olub. çox şükür ki, sonda sevinən tərəf biz olduq. 

- Fasilə ərəfəsində vurulan qol sanki komandanızın bütün sonrakı davranışına təsir etdi. "Zirə" rəqibdən güclüdüsə - ümid edirəm ki, belə hesab edirsiz - , niyə 2-ci hissədə bu qədər ehtiyatlı oynadız?  
- 10 dəqiqə ehtiyyatlı oynadıq. Məqsədimiz bu deyildi. Sadəcə, rəqib böyük qüvvə ilə irəli atıldı. Amma bundan sonra topa nəzarət etdik, yaxşı əks-hücumlara çıxdıq. Qol çatışmadı. 3-cü qol olsaydı, sonrakı dəqiqələr bizim üçün daha rahat keçəcəkdi. Əvvəlki oyunda hesabda irəli olsaq da, sonda qol buraxmışdıq. Bu da mümkün deyildi ki, komanda üçün əlavə bir həyəcan, gərginlik yaratmasın. Son dəqiqələrdə də bunu hiss edirdim. Amma dözdük, lazımi nəticəni qazandıq. Düşünürəm ki, yaxşı oyundan başqa qol imkanlarımız, kombinasiyalı hücumlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. 

- Gördüyüm qədəri ilə bu gün də hakimdən narazı idiz. Referi Hacıağa Hacılıya sarı vərəqə göstərəndə dediz ki, hər belə hərəkət "sarı"dısa, onda oyunda 20 sarı vərəqə göstərilməlidi.
- Bir var konkret şəkildə hakimə etiraz edirsən, bir də var ki, oyunboyu referilərlə dialoqda oluruq. Rəşad Əhmədovla oyunu çox sakit keçirdik. Bildirdim ki, bu "sarı"dısa,  onda gərək bir çox epizodlarda da sarı vərəqə göstərilsin. Amma ümumi belə etirazım olmadı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest