Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun daha iki oyunu üçün hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, sentyabrın 26-da keçiriləcək hər iki görüş FİFA referilərinə tapşırılıb.
 
"Sabah" - "Neftçi" matçını Əliyar Ağayev, "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
5-ci tur
26 sentyabr
 
17:00. "Sabah" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Masazır. "Bank Respublika Arena".
 
19:15. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. "Kapital Bank Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest