Bunu AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik "Zirə"nin evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Premyer Liqasının IV tur matçında meydan sahiblərinin qapısına vurulmuş qol barədə danışarkən deyib.

"Sabah"la oyunda "Zirə"nin qapısına vurulan qolla bağlı fərqli fikirlərim var". Matc.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik "Zirə"nin evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Premyer Liqasının IV tur matçında meydan sahiblərinin qapısına vurulmuş qol barədə danışarkən deyib.
 
Avstriyalı funksioner bildirib ki, mübahisəli epizodda telekanalın görüntüləri əsasında dəqiq fikir bildirmək çətindir: "çünki təkrarlar epizodla bağlı aşkar dəlillər vermir. Bu, həm də o deməkdir ki, Azərbaycanda VAR sistemi tətbiq olunsaydı belə, bu görüntülərlə müdaxilə edilə bilməzdi. çünki bu, hakimin yozumuna qalan məsələdir. Sadəcə, aydınlıq gətirmək üçün onu deyə bilərəm ki, qapıçı meydançası qolkiperə heç bir xüsusi səlahiyyət vermir, onu qorumur".
 
Sədr ilk 4 turun 3-də "Zirə"yə qarşı hakim səhvlərinin şübhələrə yol açdığına dair iddiaları isə şərh etmək istəməyib: "UEFA Konvensiyasina uyğun olaraq, ictimaiyyətə hakimin qərarinin duz ve ya sehv olmasi barədə açıqlama verməyi düşünmürəm. Əvvəllər yalnız VAR müdaxiləsinin mümkün olub-olmadığı ilə bağlı məlumat vermişəm".
 
Stuxlik geridə qalan 4 turda hakimlərin idarəçiliyinə də qiymət verib: "ümumi göstərici normaldır. Amma bəzi səhvlərin də şahidi oluruq". (Report)
 
Qeyd edək ki, "Zirə" - "Sabah" matçının 83-cü dəqiqəsində qonaqların müdafiəçisi Şpiro Periçiçin hesabı bərabərləşdiridyi epizodda rəqib qapıçı Mehdi Cənnatova qarşı kobudluq etdiyi və qolu qaydalar çərçivəsində vurmadığı iddia olunur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest