Norveçin "Volerenqa" klubu "Qarabağ"ın transfer etdiyi İbrahima Vadjini almaq istəyib. Matc.az xəbər verir ki, bu barədə Norveçin "Nettavisen" nəşri məlumat yayıb.
 
Xəbərdə qeyd olunur ki, Ağdam təmsilçisinin seneqallı hücümçu üçün "Hauqesund"a Oslo təmsilçisindən daha çox məbləğ təklif etdiyinə görə futbolçunun "Qarabağ"a keçidi reallaşıb. 
 
"Qarabağ" 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest