Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 12-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qarabağ" oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Qeyd edək ki, kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.
 
"Neftçi" – "Qarabağ" matçına saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest