Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələskərov karyerasını Polşada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 
 
Bildirilir ki, Namiqlə bu ölkənin "Varta Poznan", "Zaqlenbe" və "Qurnik" klubları yaxından maraqlanır. 
 
Ələskərov ötən mövsüm meydana çıxdığı 26 oyunda 19 qol vurub. Elə bu mövsümə də pis başlamayan futbolçu ilə maraqlanan klubların sayı artmaqdadır. Baxmayaraq ki, o, Yunanıstan "Olimpiakos"u ilə səfər oyununda ağır zədə alıb və bir müddət komandasına kömək edə bilməyəcək. 
 
Namiqin "Neftçi" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest