Tokio Olimpiadasında oxatmanın qarışıq komanda növü üzrə mübarizədə yarımfinalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, "son dördlüy"ə qalanlar sırasında Türkiyə də var. Mete Qazoz və Yasemin Ecem Anagözdən təşkil olunmuş komanda indoneziyalı həmkarlarını 6:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Türkiyənin yarımfinaldakı rəqibi hazırda davam edən Fransa - Niderland oyununun (4:4) qalibi olacaq. Digər yarımfinal cütündə Cənubi Koreya və Meksika üz-üzə gələcəklər.

Qeyd edək ki, oxatmanın qarışıq komanda növündə final matçının startı Bakı vaxtı ilə saat 11:25-ə planlaşdırılır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest