Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Belçika - İtaliya matçı ilə bağlı fikirlərini bildirib.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Aç-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Belçika – İtaliya matçı ilə bağlı fikirlərini bildirib.
 
Matc.az "tuttojuve.com" saytına istinadən xəbər verir ki, "Bianconera" radiosuna danışan De Byazi, İtaliya yığmasının qələbə qazana biləcəyini deyib:
 
"İtaliya millisi Belçikanı məğlub edə bilər. Roberto Mançini ona həlledici imkanlar verən yaxşı heyətə sahibdir".
 
De Byazi "Yuventus"un yeni baş məşqçisi Massimiliano Alleqri haqda da danışıb:
 
"Alleqri yenə də yaxşı nəticə verəcək. çünki oyunçularla münasibəti yaxşıdır və taktiki cəhətdən də çevikdir. Kriştiano Ronaldo? Ona qarşı şübhə yoxdur, ancaq balanslılıq baxımından yenə düşünmək lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest