Futbol üzrə Ukrayna milli komandası ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Aç-2020-nin 1/8 final mərhələsinin İsveçlə matçında (2:1) zədələnən Artyom Besedin uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu azı 3 ay futbol oynaya bilməyəcək. Besedinin sağalma vaxtı hətta 6 aya qədər uzana bilər.
 
Kiyev "Dinamo"sunda çıxış edən hücumçunun müalicəsinə başlanılıb.
 
Ukrayna yığması Aç-2020-nin 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest