Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində Şotlandiyada keçirilən İsveç – Ukrayna matçında rusiyalı azarkeş Denis Smolenskiyə hücum edən ukraynalı fanat həbs olunub. Matc.az xəbər verir ki, bu barədə Smolenski özü açıqlama verib:
 
"Mənə hücum edən şəxs həbs olunub. Hələ nə edəcəyimi düşünmürdüm. Heç anamla bu barədə danışmamışdım".
 
İyunun 29-da, Şotlandiyada "Hempden Park" stadionunda keçirilən İsveç – Ukrayna matçında Smolenski Rusiya bayrağını üzərində gəzdirdiyi üçün ukraynalı fanatlarla mübahisə edib. Nəticədə, Denisin bayrağı əlindən alınıb, köynəyi cırılıb və qaşı partladılıb.
 
Ukrayna İsveçi 2:1 hesabıyla məğlub edib və 1/4 finala yüksəlib. Ukrayna bu mərhələdə İngiltərə yığması ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest