Aç-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 2-də keçiriləcək İsveçrə – İspaniya və Belçika – İtaliya matçlarının təyinatları açıqlanıb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək İsveçrə – İspaniya matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bret və Saymon Bennett kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı Ovidiu Haçeqan yerinə yetirəcək.
 
Almaniyanın Mühnen şəhərində keçiriləcək Belçika – İtaliya matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını argentinalı Andres Rapallini yerinə yetirəcək.
 
Hər iki oyun iyulun 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest